"BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburidir və hər zaman qüvvədədir"-
XİN
“Bu gün BMT-nin Təhlükəsizlik Şurasının iclasının keçirilməsi gözlənilir. BMT-nin Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi var. Azərbaycan dəfələrlə bu qətnamələrin həyata keçirilməməsi məsələsini qaldırıb. BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və hər zaman qüvvədədir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.
O əlavə edib ki, bu gün Azərbaycan Ordusu beynəlxalq hüquq və prinsiplər çərçivədə tanınan torpaqlarında düşmənə qarşı mübarizə aparır:
"Düşmən qüvvələri tərəfindən nə qədər təcavüzə əl atılacaqsa ordumuz tərəfindən onların cavabı veriləcək".
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: