Həsən Pezük:
“BTQ üzrə lokomotiv və vaqon dəstəyini artırmağa davam edəcəyik”
Report xarici mətbuata istinadən xəbər veirr ki, bunu Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) Beynəlxalq Birliyinin İşçi Qrupun iclasında "TCDD Transportation"ın Baş direktoru Həsən Pezük deyib.
“Artan bu tələblərin ödənilməsi və tədarük zəncirinin pozulmaması üçün beynəlxalq dəmir yolu yükdaşımaları üzrə Baş Direktorluğumuz tərəfindən lazımi tədbirlər görülüb. Bu çərçivədə bütün dəmir yolu sərhəd qapılarımızda vaqon keçidləri insan təması olmadan həyata keçirilməyə başlanıb və tələb olunan dəmir yolu sərhəd keçidlərində tutum artımı təmin edilib. Bu gün ölkəmizdən keçən blok qatarlarla BTQ xəttində Avropanın bir sıra ölkəsinə, İrana, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiya və Çinə yük daşıyırıq”.
Dünyanın 60-dan çox ölkəsini, 4,5 milyard insanı və dünya iqtisadiyyatının 30 %-ni əhatə edən Orta Koridor böyük logistik və nəqliyyat potensialına sahibdir. Bu xətt, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə qısa müddətdə Ukraynaya və digər Avropa ölkələrinə tranzit yolu ilə ən sürətli və iqlim baxımından ən uyğun marşrut kimi ön plana çıxır”.
Marmaray keçidi, Orta Dəhliz və BTQ dəmir yolu xətti ilə Avropaya fasiləsiz dəmir yolu nəqliyyatının təmin edildiyini xatırladan H. Pezük, bunun dünya logistikasında çox vacib olduğunu deyib.