Bakıda məktəbli bıçaqlandı
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
Globall.az APA-ya istinadən xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində baş verib.
Belə ki, 17 nömrəli məktəbin qarşısında Rəsul Anar oğlu Hüseynov tanışı ilə mübahisə zamanı bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Yaxınlarının verdiyi məlumata görə, R.Hüseynov 17-nömrəli məktəbin 9-cu sinif şagirdidir.
Oxunub: 249
Xəbəri paylaş
Paylaş: