Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Türkiyədə Rusiyanın iştirakı ilə Bakı-İrəvan sazişi… – “II Qars”?
  • Qars müqaviləsinin 100 illiyi qeyd olunacaq - Sərəncam
  • Naxçıvan necə xilas edildi?- ATATÜRKÜN QIZILLA ALDIĞI TORPAQ…
  • "Ermənistan bu dəfə də dövlətçiliyin itirilməsi astanasında idi - biz xilas etdik, amma onlar…"- Kalaşnikov
  • Prezident: "Birgə bəyannamədə tarixi Qars bəyannaməsinə istinad edilir"
  • Bizə niyə “yeni Qars müqaviləsi” lazımdır? – ARAŞDIRMA

    • Tarix: 13-05-2024, 10:49

    Bugünlərdə Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycan-Ermənistan münasibətləri, Yerəvanda baş verən son hadisələrlə bağlı açıqlama verib.

    Müxbirin Azərbaycan və Ermənistan arasında “ilin sonuna qədər sülhün mümkünlüyü barədə deyilənlərin əsası yoxdurmu?” sualına ƏHD sədri: “Türkiyə və Rusiyanın iştirakı olmadan sülh sazişinin imzalanması az inandırıcı və az təminatlıdır. İkitərəfli sülh sazişi imzalansa belə istənilən vaxt asanlıqla pozula blər. Bizə yeni Qars müqaviləsinin imzalanması daha sərfəlidir”, – deyə cavab verib.

    Bəs Qars müqaviləsini ikitərəfli sazişdən fərqləndirən nədir? Bizə niyə “yeni Qars müqaviləsi” lazımdır?

    Globall.az    Modern.az-a istinadən  bu suallardan yola çıxaraq Qars müqaviləsinin detallarını oxucularına təqdim edir.

    Ermənilər iddia edirlər ki, Ermənistan SSR SSRİ-nin bir hissəsi olub və dünyada heç bir ölkə tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Ermənistan və Türkiyə arasındakı hazırda mövcud olan sərhədlər keçmiş SSRİ və Türkiyənin sərhədləridir. Lakin müasir Ermənistan özünü Ermənistan SSR-in yox, 1918-1920-ci illərdə mövcud olmuş Ermənistan Respublikasının hüquqi varisi hesab etdiyi üçün, iddia edir ki, Türkiyə və Ermənistanın de-yure sərhədləri SSRİ və Türkiyə arasında bağlanmış 23 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə əsasən yox, (Rusiya SFSR, Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan və Türkiyə Böyük Millət Məclisi) ABŞ prezidenti (1913-1921) Vudro Vilsonun təklif etdiyi və Türkiyə də daxil olmaqla, Fransa, İngiltərə, İtaliya, Yaponiya kimi dövlətlərin tanıdığı və 10 avqust 1920-ci ildə imzalanmış Sevr müqaviləsinə əsasən müəyyən edilməlidir. Lakin, ermənilərin bu iddiaları da tarixi faktları öz xeyrinə saxtalaşdırmaq cəhdindən başqa bir şey olmadığı üçün, gəlin həmin müqavilələrə yenidən nəzər salaq.

    1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi.

    1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) “Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi” imzalandı. Müqavilə rəsmi olaraq de-yure Osmanlı imperiyasının bölüşdürülməsini, de-fakto isə Türkiyənin suverenliyini ləğv etdi. Məlum olduğu kimi, bunadək Müttəfiq dövlətlərlə Almaniya arasında Versal müqaviləsi imzalanmışdı. Eyni zamanda, Fransa, Böyük Britaniya və İtaliya öz aralarında gizli “Üç tərəfli müqavilə” imzaladılar. 15 aydan çox davam edən açıq danışıqlar isə Paris Sülh Konfransında və London konfransında davam etdirilərək, 1920-ci ilin aprelində San-Remo konfransı ilə yekunlaşdı. Lakin hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna Müqaviləsi ilə əvəz olunmasına səbəb oldu.

    Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilməmişdir.

    Bundan başqa, I Dünya müharibəsindəki müttəfiqlərdən ABŞ və Rusiya bu müqaviləni imzalamışlar, ABŞ Senatı V.Vilsonun Ermənistan üzərində mandat əldə etmək təklifini rədd etdikdən sonra isə Birləşmiş Ştatlar bu məsələdə müəyyən qədər kənar müşahidəçi qismində çıxış etməyə üçtünlük verdi. Bolşevik Rusiyası 1917-ci ildə Osmanlı İmperiyası ilə Brest-Litovsk müqaviləsini imzalayaraq, 1877-1878-ci illərdəki Rus-Türk müharibəsi zamanı Rusiyanın işğal etdiyi Ərdəhan, Qars və Batumu Tələt paşanın israrları nəticəsində yenidən türklərə qaytarmağa razılıq verdi.

    Sevr müqaviləsinin şərtlərinə əsasən, Türkiyə Mesopotamiya (İraq) və Suriya (Suriya, Livan, Fransiordiya və Fələstin) üzərindəki Britaniya və Fransa protektoratlığını qəbul etdi, Hicaz və Yəmənin müstəqilliyini tanıdı, Kürdüstana muxtariyyət verməyə (Diyarbəkir əyaləti və Van əyalətinin cənub hissəsi), İzmiri Yunanıstana, Bitlis, Ərzurum və Van əyalətinin şimal hissəsini Ermənistana güzəştə getməyə məcbur oldu. Üstəlik, Trabzon vilayətinin şərq hissəsi Ermənistan və Gürcüstan arasında bölünməli idi ki, bu da ermənilərə Qara dənizə çıxış imkanı yaradırdı. Boğazlar Türkiyənin olsa da, müqavilənin müəddalarına əsasən, Dardanel boğazı hərb və sülh dövrundə hansı bayraq altında üzməsindən asılı olmayaraq, bütün hərbi və ticarət gəmilərinə keçid üçün açıq olmalı idi. Bu da boğazların beynəlmilləşməsi demək idi. Bu qayda həm də Bosfor boğazına və Mərmərə dənizinə şamil olunurdu.

    Müqavilədə maraq doğuran məsələlərdən biri də Ermənistana geniş ərazilərin verilməsi idi. Belə ki, ABŞ Prezidenti V.Vilsonun təklifinə əsasən, regionda Ermənistana aid olmayan, hətta erməni əhalisinin üstünlük təşkil etmədiyi bir sıra ərazilər, məsələn Qara dəniz limanı olan Trabzon onlara verilirdi. Buna görə də, bu ölkəni “Vilson Ermənistanı” adlandırırdılar. Bir zamanlar “Vilson Ermənistanı”, sonra “Sovet Ermənistanı” bu gün isə Rusiyanın forpostu Ermənistan. Maraqlı müqayisədir, deyilmi? Həmişə kiminsə himayəsinə sığınan, heç zaman müstəqil olmayan Ermənistan.

    Sultan VI Məhəmməd müqavilənin şərtlərini qəbul etsə də, Ankarada yaranmış Atatürk hökuməti onu qəbul etməkdən imtina etdi. Türk millətçi hökuməti bu əraziləri Yunanıstan, Gürcüstan və Ermənistana verməkdən boyun qaçırdı. Atatürk hətta bəyan etdi ki, Türkiyə zərurət yaranarsa, bütün Cənubi Qafqaz üzərində nəzarəti ələ keçirmək iqtidarındadır. Lakin Qərbi Anadolunu işğal etmiş Yunanıstandan fərqli olaraq, Ermənistan müqavilədə ona verilmiş ərazilərə nəzarət etmək iqtidarında deyildi. Öz ingilis himayədarlarının göstərdikləri böyük dəstəyə baxmayaraq, ermənilər Nizam Qarabəkir Paşanın 50 000 nəfərlik ordusu qarşısında aciz qalmışdılar. Yuxarıda qeyd etdiyimiz kimi, Mustafa Kamal Atatürkün banisi olduğu Türk Milli Azadlıq Hərəkatı müttəfiqləri yenidən danışıqlar masasına əyləşməyə məcbur etdi. Habelə ərəblər Suriyada Fransanın, Bağdadda Britaniyanın hakimiyyətini qəbul etmək istəmirdilər. Məhz Azadlıq Mübarizəsinin gedişində türklər yunan, erməni və fransız qüvvələrinə müqavimət göstərərək, 16 mart 1921-ci ildə Sovet Rusiyası ilə Moskva müqaviləsi, Fransa ilə Ankara anlaşması imzalayaraq öz beynəlxalq əlaqələrini möhkəmləndirdilər. Ədirnə müqaviləsi və Qars müqaviləsini bağlamaqla isə Türkiyə öz şərq sərhədlərini möhkəmləndirdi. Bütün bu hadisələr türklərə Antanta ölkələri ilə yenidən danışıqlara başlamağa və 1923-cü ildə Lozanna müqaviləsini imzalamağa imkan verdi.

    1922-ci ilin İttifaq müqaviləsindən sonra Sovet İttifaqının tərkib hissəsinə çevrilmiş Sovet Azərbaycanı, Sovet Gürcüstanı və Sovet Ermənistanı ilə Türkiyə Böyük Millət Məclisi arasında bağlanmış Qars müqaviləsinə əsasən, 1877-1878-ci illər Rus-Türk müharibəsi zamanı Rus imperiyasının Osmanlı imperiyasından işğal etdiyi əzarilərin əksəriyyəti Türkiyəyə qaytarıldı. Müqavilə general Kazım Qarabəkir Paşa, Şərq cəbhəsi komandanı Vəli bəy, Səfir Memdu Şövkət bəy, Rus səfiri Yakov Qanetski, Azərbaycan Dövlət nəzarəti naziri Behbud Şahtaxtinski, Gürcüstanın Hərbi və Dəniz işləri naziri Şalva Eliava, Xarici işlər və Maliyyə işləri naziri Aleksandr Svanidze, Ermənistanın Xarici işlər naziri Askanaz Mravian tərəfindən imzalandı.

    Müqaviləyə əsasən, Rus imperiyasının tərkibində olmuş Kutaisi qubernatorluğunun Batum rayonunun şimal hissəsi Batumi liman şəhəri ilə birlikdə Türkiyə tərəfindən Sovet İttifaqına güzəştə gedilirdi. Artvin şəhəri ilə birlikdə cənub yarısını isə Türkiyə ilhaq edirdi. Şimal yarısının Sovet Gürcüstanının tərkibində Acar Muxtar Sovet Sosialist Respublikasına çevrilərək muxtariyyət statusu əldə etməsi nəzərdə tutulurdu. Üstəlik, Batum limanı vasitəsilə Türkiyədən çıxarılan və ya bu ölkəyə gətirilən bütün mallar gömrük rüsumundan azad olunurdu.

    Müqavilə Türkiyə və Ermənistanın yeni sərhədlərini Araz çayı vasitəsilə müəyyən edirdi. Sovetlər Rus imperiyasının Qars vilayətinin əksər hissələrini, o cümlədən Ağrı dağı, İqdır, Tuzluca, Qars, Ərdəhan, Otlu şəhərləri, Çıldır gölü Türkiyəyə verildi.

    Müqavilə, habelə Rusiya imperiyasının keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz və Naxçıvan qəzalarından ibarət, Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılmasını təsbit etdi. Türkiyə və Rusiyanın Naxçıvanın statusunun qarantı olmaları barədə razılığa gəlindi.

    II Dünya müharibəsindən sonra SSRİ Qars müqaviləsinin ləğv olunmasına və Türkiyəyə verilmiş ərazilərin geri qaytarılmasına cəhd göstərdi.

    1945-ci ilin iyununda SSRİ-nin Xarici işlər naziri V.Molotov Moskvadakı türk səfirinə Türkiyəyə verilmiş ərazilərin geri qaytarılması tələbi ilə müraciət etdi. Bu tələb Türkiyəni çıxılmaz vəziyyətdə qoyurdu: O, bir tərəfdən faşizm üzərində qələbədən sonra beynəlxalq nüfuzunu daha da artırmış SSRİ ilə münasibətləri korlamaq digər tərəfdən isə mübahisəli ərazilərdən əl çəkmək istəmirdi. Bəzi ingilis diplomatları hələ 1939-cu ildə SSRİ-nin Qars müqaviləsinin ləğvi məsələsini gündəmə gətirəcəyini proqnozlaşdırmışdı. Türkiyə müharibədən sonra fövqəlgüc kimi meydana çıxan Sovet İttifaqı ilə müharibəyə başlamaq istəmirdi. Artıq 1945-ci ilin payızında Qafqazdakı Sovet qoşunları Türkiyəyə hücuma başlamaq üçün əmr gözləyirdilər. Hətta Sovet iddiaları ermənilər tərəfindən II Dünya Müharibəsinin qalib dövlətlərinin liderlərinə də çatdırılmışdı. Lakin İngiltərənin baş naziri U.Çörçill buna qarşı çıxış etdi, çünki əlavə ərazilərin əldə edilməsi onsuz da müharibədən sonra nüfuzunu artırmış SSRİ-nin öz təsirini daha da möhkəmləndirməsinə təkan verə bilərdi. ABŞ Prezidenti H.Truman isə məsələnin başqa tərəflərə aidiyyəti olmamasına əsaslanaraq bitərəflik nümayiş etdirməyi üstün tutdu. Nəhayət, SSRİ Türkiyəyə qarşı olan ərazi iddialarından əl çəkdi (Nəzakət Məmmədova, “Yerevan niyə Qars müqaviləsini həzm edə bilmir?”).


    Oxunub: 105
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.