Dəstək dayandırılsa münaqişə sona çatacaq? – Petr Pavel açıqladı
Ukrayna danışıqlar zamanı təhlükəsizlik zəmanəti müqabilində NATO üzvlüyündən imtina edə bilər.
Globall.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Petr Pavel Avstriyanın “Die Presse” nəşrinə müsahibəsində bildirib.
“Ukraynanın NATO-ya üzvlüyü nəyəsə mübadilə edilə bilər. Məsələn, hərbi iştirakdan söhbət gedəndə təhlükəsizlik zəmanəti”, – Çexiya lideri bildirib.
Pavel qeyd edib ki, Aİ-də Ukraynaya dəstək dayandırılarsa, münaqişənin sona çatacağına dair yanlış inanc var. “Ancaq bu baş verməyəcək” deyə siyasətçi vurğulayıb. /teleqraf.com/
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: