Tanınmış azərbaycanlı diplomat VƏFAT ETDİ
Azərbaycanın diplomatı Vəhdət Sultanzadə 87 yaşında vəfat edib.
Globall.az xəbər verir ki, bu barədə ailəsindən məlumat verilib.
O, bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, o, 1988 – 1991-ci illərdə SSRİ-nin Türkiyədəki konsulu olub. 2006 – 2010-ci illərdə Azərbaycanın Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. Azərbaycanın Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub. Diplomatik fəaliyyəti dövrü (55 il) ərzində Azərbaycan SSR-nin XİN-də, Rusiya Federasiyası və Azərbaycanda müxtəlif rəhbər vəzifələri tutub.
Oxunub: 213
Xəbəri paylaş
Paylaş: