ABŞ Silahlı Qüvvələri Qəzzada süni liman qurdu
Bu barədə CENTCOM-un “X” hesabında dərc olunan bəyanatda bildirilib. “Bu gün yerli vaxtla təxminən saat 07:40-da Fələstin sakinlərinə humanitar yardımın çatdırılmasını təmin edən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının əməkdaşları Qəzza zolağının sahilində müvəqqəti süni liman qurublar”, – deyə bəyanatda qeyd edilib. Həmçinin ABŞ qoşunlarının strukturu quraşdırmaq üçün Fələstin anklavı ərazisinə daxil olmadıqları da vurğulanıb.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əməkdaşları humanitar yardımın çatdırılması üçün Qəzza zolağının sahillərində müvəqqəti pontonlu süni liman qurublar.
Oxunub: 88
Xəbəri paylaş
Paylaş: