Bayden inflyasiyaya AD QOYDU:
"Putin bahalaşması"...
"Putin bahalaşması" mayda buraya və bütün dünyaya ciddi zərbə oldu. Benzin və ərzaqda yüksək qiymət artımı var. Rusiya Ukraynaya müdaxilə edəndən bəri bir çox ştatlarda benzinin bir qalonu 2 dollar artıb.
Globall.az axar.az-a istinadən bildirir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.
Qeyd edək ki, may ayında ABŞ-da istehlak qiymətləri 8,6% artıb. Bu, 1981-ci ilin dekabrından bəri ən yüksək göstəricidir.
Oxunub: 197
Xəbəri paylaş
Paylaş: