Bu gün İrəvanda Paşinyana qarşı mitinq keçiriləcək
Ermənistanda müxalifət qüvvələrinin Müqavimət Hərəkatı bugünə növbəti etiraz aksiyası təyin edib.
Globall.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, aksiya saat 19:00-da Fransa meydanında keçiriləcək.
Xatırladaq ki, iyunun 3-də polis etirazçılara qarşı güc tətbiq etməklə yanaşı, xüsusi tədbirlər görüb, nəticədə əksəriyyəti polis əməkdaşları olmaqla 50-dən çox insan yaralanıb.
Oxunub: 240
Xəbəri paylaş
Paylaş: