Rəisi ABŞ-a gedəcək
İran Prezidenti İbrahim Rəisi sentyabr ayında BMT Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka gedəcək. Globall.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Bahadari Cəhromi bildirib. Qeyd edək ki, BMT Baş Assambleyasının iclasları sentyabrın 20-26-da keçiriləcək. Ötən il Rəisi koronavirusla bağlı vəziyyətə görə ABŞ-yə getməmiş və Baş Assambleyaya videoformatda qatılmışdı.
Oxunub: 134
Xəbəri paylaş
Paylaş: