BMT Baş Assambleyasının növbəti iclası əyani formatda keçiriləcək
Cari ilin sentyabr ayında baş tutacaq BMT Baş Assambleyasının iclası hər ölkədən dörd nəfərə qədər nümayəndənin iştirakı ilə əyani formatda keçiriləcək.
Müvafiq məlumat BMT Baş Assmbleyasının 75-ci sessiyasının Prezidenti Volkan Bozkır adından yayılan açıqlamada deyilir.
Qeyd olunub ki, Nyu-Yorkda koronavirusla bağlı vəziyyət yaxşılaşdığı üçün ölkələrin nümayəndə heyətinin sayı dörd nəfərə qədər artırılıb.
Nümayəndə heyətini Nyu-Yorka göndərə bilməyən ölkələr videoformatda çıxış etmək hüququnu özlərində saxlayırlar./report
Oxunub: 329
Xəbəri paylaş
Paylaş: