“İran Prezidentinin BMT-dəki çıxışı yalan və riyakarlıqla dolu idi”-
İsrail XİN
“İran Prezidenti İbrahim Rəisinin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı yalan və riyakarlıqla dolu idi”.
İsrail Xarici İşlər Nazirliyi Rəisinin çıxışını belə şərh edib.
"Rəisi yalan və riyakar çıxışları ilə beynəlxalq ictimaiyyəti aldatmağa davam edir. Beynəlxalq ictimaiyyət İran rejimini qınamalı və nüvə silahının bu ekstremistlərin əlinə keçmə ehtimalının qarşısını almalıdır”. Bu TASS agentliyinin yaydığı İsrail Nazirliyinin bəyanatında deyilir.
BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış edərkən, Rəisi Tehranın nüvə anlaşması ilə bağlı danışıqlar prosesinin İrana qarşı sanksiyaların ləğvini gözlədiyini deyib. O, vurğulayıb ki, "nüvə silahının Tehranın müdafiə doktrinasında yeri yoxdur".
Oxunub: 289
Xəbəri paylaş
Paylaş: