Türkiyə, Pakistan, Tunis və Fələstin XİN başçıları Nyu-Yorka gedirlər
Türkiyə, Pakistan, Tunis və Fələstin xarici işlər nazirləri BMT Baş Assambleyasının Qəzza ətrafında yaranan vəziyyətlə bağlı iclasında iştirak edəcəklər.
APA bildirir ki, məlumatı Türkiyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Qeyd olunub ki, mayın 20-də Nyu-Yorkda BMT-nin mənzil-qərargahında keçiriləcək iclasda iştirak etmək üçün XİN başçıları bu gün ABŞ-a yola düşəcəklər.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun BMT Baş Assambleyasında çıxışı və digər ölkələrin XİN başçıları ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: