Şabranda qatarla traktor toqquşub, ölən var
Şabranda qatarla traktor toqquşub. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, bu gün saat 9:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qatarla traktorun toqquşması ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, ilkin məlumata görə toqquşma nəticəsində traktor 1978-ci il təvəllüdlü Nemət İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb. Araşdırma aparılır.
Oxunub: 115
Xəbəri paylaş
Paylaş: