Müharibədən sonra 142 nəfər mülki təyinatlı obyektlərdə mina partlayışından həlak olub və yaralanıb
Müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 nəfər vətəndaşımızdan 142 nəfəri həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb. Bu barədə "Report"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib. İşğaldan azad edilmiş ərazilərdə aparılan davamlı fəaliyyət nəticəsində mülki təyinatlı torpaqların, viran edilmiş yaşayış məskənləri, məzarlıqlar, bağlar, su mənbələrinin ətrafı və digər sosial-iqtisadi əhəmiyyət kəsb edən ərazilərin minalarla yüksək səviyyədə çirkləndiyi müəyyən edilib.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: