Göyçayda çay yatağı məişət tullantıları ilə dolub-daşdı –
RƏSMİ AÇIQLAMA
Globall.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb: “Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.
“13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb”.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: