Sabirabadda 26 yaşlı gənc yanaraq ölüb
Sabirabadda 26 yaşlı gənc yanaraq ölüb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Həşimxanlı kəndində qeydə alınıb. Belə ki, rayonun Axraçı-Muğan kənd sakini, 1997-ci il təvəllüdlü Məhərrəmov Qurban Rafiq oğlu ağır yanıq xəsarətləri ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada həkimlərin səyinə baxmayaraq, 4-cü dərəcəli yanıq xəsarəti alan Q.Məhərrəmov dünyasını dəyişib. Hadisənin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 118
Xəbəri paylaş
Paylaş: