Bakıda üçmərtəbəli binada yanğın olub
Bakıda üçmərtəbəli binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a bildirilib ki, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan 1 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 10 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 96
Xəbəri paylaş
Paylaş: