Bakıda avtomobil təmir sexi yandı -
4 maşınla birgə
Bakının Nəsimi rayonundakı avtomobil təmiri sexlərindən birində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 12 m² olan şüşə-pambıq üzlükdən ibarət konteynerin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 12 m² olan digər konteynerin bir tərəfi 4 m² sahədə, ərazidə təmirə dayanan iki ədəd "Hyundai" markalı minik avtomobilinin yanar hissələri qismən, "ZİL" markalı yük avtomobilinin salon hissəsi və "Renault" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Konteyner, avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Alovun qarşısı yanğından mühafizə bölmələri tərəfindən alınıb.
Oxunub: 395
Xəbəri paylaş
Paylaş: