Zabrat qəbiristanlığında qəbir daşları dağıdılıb, cinayət işi başlanılıb
Paytaxtın Sabunçu rayonunda Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqların birində naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırma aparılır. DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür. Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcək.
Oxunub: 94
Xəbəri paylaş
Paylaş: