Salyanda avtomobillər toqquşub, yaralananlar var
Salyanda baş verən yol qəzasında xəsarət alanlar var. “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Elçin İmanov küçəsində qeydə alınıb. Belə ki, “Prado” markalı avtomobillə “VAZ-2107” markalı avtomobil toqquşub. Hadisə zamanı Bakı şəhər sakinləri 1952-ci il təvəllüdlü Abbasova Sarə Mirtalib qızı və 1975-ci il təvəllüdlü Abbasov İlham Ağamirzə oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 93
Xəbəri paylaş
Paylaş: