Bakıda 20 yaşlı motosikletçi qızı avtomobil vuraraq komaya salıb
Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, motosikletlə kuryer işləyən 20 yaşlı Eliza adlı qız hərəkətdə olarkən avtomobillə toqquşub. Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 159
Xəbəri paylaş
Paylaş: