Xətai rayonunda motosikletçini avtomobil vuraraq xəsarət yetirib
Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü İmanov Elçin Fikrət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 68
Xəbəri paylaş
Paylaş: