Bakıda 8 yaşlı uşağı yük avtomobili vuraraq ağır xəsarət yetirib
Bakının Suraxanı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, yük avtomobili yolu keçən 2015-ci il təvəllüdlü Süleymanlı D. Q. oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: