Hacıqabulda yol qəzası olub, ölən və yaralananlar var
Hacıqabul rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Yol qəzası zamanı Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədli Həlimə Rafiz qızı və Əliyeva Xəyalə Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə nəticəsində Bakı şəhər sakini, 2016-cı il təvəllüdlü Musazadə Emil Elməddin oğlu isə ölüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 192
Xəbəri paylaş
Paylaş: