Goranboyda avtomobil ağaca çırpılıb, iki nəfər ölüb
Goranboy Rayon Polis Şöbəsinə rayonun Xoylu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən "Report"a bildirilib ki, polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və nəqliyyatın hərəkətini bərpa ediblər. İlkin araşdırmalar nəticəsində məlum olub ki, 1988-ci il təvəllüdlü Nicat Nəbiyev Mercedes markalı avtomobil ilə idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və sərnişin Elvin Quliyev ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir
Oxunub: 95
Xəbəri paylaş
Paylaş: