“Vest Hem” açıqlayıb –
Moyes gedəcək
Devid Moyes mövsümün sonunda “Vest Hem”i tərk edəcək. Globall.az İdman.biz-ə istinadən xəbər verir ki, London klubu bu barədə açıqlama yayıb. Şotlandiyalı mütəxəssis 2019-cu ildən komandaya başçılıq edib. “Çəkiçdöyənlər” Moyesin rəhbərliyi ilə 2022/2023 mövsümündə Konfrans Liqasının qalibi olub. “Vest Hem” Premyer Liqada 36 turdan sonra 49 xalla 9-cu pillədə qərarlaşıb. Qeyd edək ki, növbəti mövsümdə “Vest Hem”ə ispaniyalı mütəxəssis Xulen Lopeteginin başçılıq edəcəyi xəbərləri yayılıb.
Oxunub: 45
Xəbəri paylaş
Paylaş: