Yük maşını dəmir arakəsməyə çırpılıb -
Ölənlər var
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, qəza “Sumqayıt stansiyası” yaşayış massivindən keçən avtomobil yolunda qeydə alınıb. Belə ki, "MAZ" markalı betonqarışdıran yük maşınının sürücüsü idarəetməni itirərək avtomobili yol kənarındakı dəmir arakəsməyə çırpıb. Nəticədə yük maşını aşıb, sürücü və onun sərnişini ölüb. Bunlar 1989-cu il təvəllüdlü Nəsibov Eldar Qəzənfər oğlu (sürücü) və 1984-cü il təvəllüdlü Rəhimov Rəşad Xaləddin oğludur (sərnişin).
İlkin ehtimala görə, qəzaya sürücünün yuxulu olması səbəb olub. Ölənlərin şəxsiyyəti dəqiqləşdirilir, onlar aidiyyəti üzrə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 484
Xəbəri paylaş
Paylaş: