Bakıda kişi dava zamanı başından bıçaqlanıb
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, Buzovna qəsəbəsində 1987-ci il təvəllüdlü Ramil Mahmudov dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona başın təpə-ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: