Bakıda 21 yaşlı gənc bıçaqlanıb
Bakının Xətai rayonunda 21 yaşlı oğlan bıçaqlanıb. “Report”un məlumatına görə, davada bıçaqlanan 2002-ci il təvəllüdlü Abbaszadə İkram Tahir oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qarının ön divarının bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: