Biləsuvarda avtomobil aşdı: Xəsarət alanlar var
Biləsuvar rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində üç nəfər - 1985-ci il təvəllüdlü Rövşən Rzayev, 1966-ci il təvəllüdlü Fəda Nəsirov və 1964-cü il təvəllüdlü Əhmədov Nizam xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: