Azərbaycan qeyri-neft ixracını 21 faiz artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 1,8 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,6% çoxdur. Təkcə iyunda isə qeyri-neft ixracının dəyəri 307,6 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 13,8% çoxdur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3% artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Oxunub: 80
Xəbəri paylaş
Paylaş: