Rusiyanın Ukraynadakı itkiləri
Rusiya ordusu bu günə kimi Ukraynada 41 350 hərbçi itirib. Globall.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi yayıb. Bildirilib ki, Ukrayna müdafiəçiləri düşmənin 6 tankını, 8 zirehli döyüş maşınını, 3 artilleriya sistemini, 1 hava hücumundan müdafiə sistemini, 8 texnikasını, 1 əməliyyat-taktiki pilotsuz uçuş aparatını, 6 qanadlı raket və 1 vahid xüsusi texnikasını məhv edib. Rusların avqustun 3-nə olan ümumi itkiləri aşağıdakı kimidir: - şəxsi heyət - təxminən 41 350 (+180) nəfər; - tanklar - 1774 (+6); - zirehli döyüş maşınları - 4022 (+8); - artilleriya sistemləri - 939 (+3); - reaktiv yaylım atəşi sistemi - 259 (+0); - hava hücumundan müdafiə sistemləri - 118 (+1); - təyyarə - 223 (+0); - helikopterlər — 191 (+0); - əməliyyat-taktiki səviyyəli PUA-lar - 740 (+1); - qanadlı raketlər - 180 (+6); - gəmilər/qayıqlar — 15 (+0); - avtomobil avadanlığı və tankerlər — 2922 (+8); - xüsusi avadanlıq - 83 (+1).