Tərtərdə məktəbin qarşısında dəhşət - bir yumruqla şagirdi öldürdü -
YENİLƏNİB
Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı araşdırma aparılır. Globall.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a bildirilib. Qeyd olunub ki, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır. ------- Globall.az APA-ya istinadən bildirir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb. 9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
10:25
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.