Muxtar Babayev və Rusiya baş nazirinin müavini COP29-a hazırlığı müzakirə ediblər
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Moskvada Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Bakıda keçiriləcək 29-cu Tərəflər Konfransına hazırlığı müzakirə edib. Globall.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. "Danışıqlarda iki ölkənin ekoloji əməkdaşlığının aktual məsələləri və Rusiya nümayəndə heyətinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabrında Azərbaycan Respublikasında keçirilməsi planlaşdırılan 29-cu sessiyasında iştirakına hazırlıq nəzərdən keçirilib", - məlumatda deyilir.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş: