Gədəbəydə yerli sakin dəm qazından ölüb
Gədəbəy şəhərində dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib. "Report"un Qərb bürosunun məlumatına görə, Gədəbəy rayon sakini 1988-ci il təvəllüdlü Mustafayev Məcid yaşadığı evdə dəm qazından zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, artıq dünyasını dəyişdiyi məlum olub. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 103
Xəbəri paylaş
Paylaş: