Gəncədə bir ailənin 5 üzvü
ZƏHƏRLƏNDİ
Gəncə şəhərində bir ailənin beş üzvü dəm qazından zəhərlənib.
Globall.az Report-a istinadla xəbər verir ki, hadisə Gəncə şəhər 4-cü mikrorayon ərazisində qeydə alınıb.
1983-cü il təvəllüdlü T.Nuruşov, həyat yoldaşı 1993-cü ildə anadan olmuş A.Nuruşova, övladları - 2012-ci il təvəllüdlü M.Nuruşov, 2010-cu ildə anadan olmuş A.Nuruşova və uşaqların nənəsi 1966-cı il təvəllüdlü X.Nuruşova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırmalara başlanılıb.
Oxunub: 288
Xəbəri paylaş
Paylaş: