Biləsuvar Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edilib
Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis müavini təyin edilib. "Report"un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis kapitanı Nicat Orucov Biləsuvar RPŞ-nə xidmət üzrə rəis müavini təyin olunub. O, bundan əvvəl Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru vəzifəsində işləyib.
Oxunub: 153
Xəbəri paylaş
Paylaş: