Vilayət Eyvazov onu şöbə rəisi təyin etdi
Qaradağ Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinə yeni rəis təyin olunub.
Globall.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis mayoru Şükür İbrahimov təyinat alıb.
Qeyd edək ki, Ş.İbrahimov bu təyinatadək Qaradağ RPİ-nin 38-ci polis bölməsinin rəis müavini vəzifəsində çalışıb.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: