Bakıda 30 yaşlı kişini avtomobil vurub
Bakının Sabunçu rayonunda gənc piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, yolu keçən 1993-cü il təvəllüdlü Şirinov Nicat Ramiz oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Fakt araşdırılır.
Oxunub: 82
Xəbəri paylaş
Paylaş: