Bakıda 17 yaşlı gənci avtomobil vurub
Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, NZS qəsəbəsində avtomobil yolu keçən 2006-cı il təvəllüdlü İbrahimov Orxan Ramin oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 131
Xəbəri paylaş
Paylaş: