Bakıda 25 yaşlı qadını avtomobil vurub
Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1998-ci il təvəllüdlü Fətullazadə Türkan İlqar qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: