Sabunçuda 54 yaşlı kişini avtomobil vurub
Bakının Sabunçu rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, avtomobil yolu keçən 1969-cu il təvəllüdlü Nəsirov Malik Əjdər oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol körpücük sümüyünün yerdəyişən qəlpəli sınıqları diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: