Qazaxda 80 yaşlı kişi intihar edib
Qazaxda 80 yaşlı kişi intihar edib. “Report”un xəbərinə görə, hadisə mayın 21-də rayonun Kəmərli kəndində qeydə alınıb. Belə ki, həmin kənd sakini, 1943-cü il təvəllüdlü Qaragözov Vidadi Musa oğlu yaşadığı evə bitişik yardımçı tikilinin tavanından özünü asıb. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 78
Xəbəri paylaş
Paylaş: