Biləsuvarda 2 yaşlı uşaq boya həlledicisi içib, vəziyyəti ağırdır
Biləsuvarda bədbəxt hadisə baş verib. “Report”un Muğan bürosunun məlumatına görə, rayon sakini 2021-cü il təvəllüdlü qız nəzarətsiz qalan zaman boya həlledicisi içib. Nəticədə az yaşlı qız zəhərlənib. O, dərhal Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: