Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb,
vəziyyəti ağırdır
Şirvanda 1 yaşlı körpə 5-ci mərtəbədən yıxılıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Şirvan şəhərində köçkün qəsəbəsində baş verib. Valideyn nəzarətindən yayınan bir yaşlı Ömər Səmədov 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Uşaq Şirvan mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 176
Xəbəri paylaş
Paylaş: