Talibanın komandirlərindən biri öldürüldü
Əfqanıstan hərbi-hava qüvvələrinin həyata keçirdiyi hücum nəticəsində Taliban terror təşkilatının komandirlərindən biri öldürülüb.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Əfqanıstanın şimal-şərqindəki qruplara rəhbərlik edən Məhibulla Kunduz əyalətində məhv edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, o, Pakistan vətəndaşı olub.
Taliban qruplaşması isə komandirinin öldürülməsini təsdiq etməyib./axar.az
Oxunub: 429
Xəbəri paylaş
Paylaş: