Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • PREZİDENT: “BİZ AVROPA İLƏ NİYƏ BU SAZİŞİ İMZALAMALIYIQ?” – Dövlət başçısı islahatlardan danışdı; məmurlara xəbərdarlıq etdi - MÜSAHİBƏNİN TAM MƏTNİ (FOTO, VİDEO)
  • Tağı Əhmədov: "Hələ Ramiz Mehdiyevdən çox məsləhət alacaqlar"
  • İRANLI GENERAL İRAQDA ÖLDÜRÜLDÜ- İran xəbəri təsdiqlədi və ABŞ-dan qisas alacağını vəd etdi
  • BUMERANQ -NƏ ƏKƏRSƏN, ONU BİÇƏRSƏN
  • Pentaqon iranlı generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürdü- AÇIQLAMA
  • “KÖLGƏLƏR KOMANDİRİ”NİN DÜNYANI SİLKƏLƏYƏN ÖLÜMÜ... - “İran ya susacaq, ya da qiyamət qoparacaq”

    • Tarix: 3-01-2020, 21:22



    "Ümid edirəm ki, Bağdadda əmin-amanlığın və sabitliyin kefini çəkirsiniz. Mən Beyrutda bir az məşğulam. Yəqin buna görədir..." Bu fikirlər hələ 2006-cı ildə 44 gün davam edən Hizbullah-İsrail döyüşlərindən sonra Qasım Süleymaninin Bağdadda yerləşən ABŞ komandanlığına göndərdiyi məktubdandır. Həmin döyüşlərdə “Hizbullah” tərəfindən keçirilən əməliyyatın kod adı isə “Süleymani" idi...

    “İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk kimi görürlər…"

    Bundan bir müddət sonra, 2008-ci ilin yazında ABŞ generalı Devid Petreus maraqlı açıqlama ilə dünya gündəminə gəlmişdi. 62 yaşlı general İraqın keçmiş lideri Cəlal Təlabaninin mobil telefonuna Qasım Süleymanidən gələn bir mesajı açıqlamışdı. 
    Mesajın mətni təxminən belə idi: "Mənim adım Qasım Süleymanidir. Bunu bilməlisən ki, İranın İraq, Livan, Qəzza və Əfqanıstan siyasətinə mən nəzarət edirəm".



    "Quardian"a danışan adının çəkilməsini istəməyən bir ABŞ səlahiyyətlisinin Süleymani barədə fikirləri isə belə olub: "Mərhəmətsizliyi və təsiri hər kəsi dəhşətə salır. O həm hər yerdədir, həm heç bir yerdə. İslamda ana-ataya itaət qaydası vardır. İran və İran xaricindəki bütün şiələr Xameneyiyə tabe olduqları kimi, döyüşən bütün qüvvələr də Süleymaniyə tabe olur. İraqdakı bütün yüksək rütbəli şəxslər onu görməyə gedir. İnsanlar sanki onun tərəfindən ovsunlanıb. Onu mələk kimi görürlər…".

    Bu qeyd edilənlər cümə günü Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində həlak olan İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin fəaliyyəti və şəxsiyyətinə dair tam olmasa da, müəyyən təsəvvür yaratmağa imkan verir.
    Sirr deyil ki, Q.Süleymani və onun rəhbərlik etdiyi təşkilat İranın əsas “vuran əli” hesab edilirdi. Özü də təkcə Yaxın Şərqdə və İslam coğrafiyasında yox. Onun nüfuzu İranın hüdudlarını çoxdan aşmışdı. İslam coğrafiyasındakı şiə toplumları İranın ali dini liderindən daha çox məhz onu xilaskar, qəhrəman kimi görürdülər. Bu da təsadüfi deyildi. Q.Süleymani doğrudan da İranın regiondakı və dünyadakı nüfuz savaşında əsas, hətta deyərdik ki, başlıca silahlarından biri idi. Məhz o, İranın dəstəyilə keçirilən bütün əhəmiyyətli, gizli və aşkar əməliyyatların əsas təşkilatçısı və icraçısı, həm də bir növ beyin mərkəzi sayılırdı.
    2019-cu ilin mart ayında İngiltərənin “BBC 2” telekanalı Süleymani haqqında “Kölgələr komandiri: İran hərbisinin düşünən beyni” adlı film nümayiş etdirmişdi.



    Həmin film “Mossad”ın direktoru və 1999-2001-ci illərdə İsrail baş nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Dani Yatomun bu sözləri ilə başlayırdı: “Nə zaman İranın müdaxiləsindən söhbət gedirsə, onun arxasındakı düşünən beyin Qasim Süleymanidir. Bu müdaxilələrə rəhbərlik edən də Qasim Süleymanidir.”

    Onu çox “öldürüb-diriltmişdilər”

    Yeri gəlmişkən, İsrail onu özünün “ən böyük düşməni” adlandırırdı. Hansı ki, bu ada heç İŞID lideri Bağdadini belə layiq görməmişdi. Və bu da başa düşüləndir. Bir sözlə, Q.Süleymani Qərbin gözündə “şər qüvvə”, Yaxın Şərqin xüsusilə də şiə toplumu üçünsə xilaskar və qəhrəman sayılırdı.



    Ancaq müstəqil mənbələr onun və rəhbərlik etdiyi təşkilatın nüfuz etdiyi ölkələrdə ABŞ və İsrailə qarşı dirəniş göstərən Suriya kimi rejimlərlə münasibətinin, onlara dəstəyinin heç də təmənnasız olmadığını bildirirlər.
    Qeyd olunur ki, belə ölkələrdə ən iri və gəlirli layihələr məhz Q.Süleymaninin nəzarətində olan strukturlara verilirdi. Onun İranın ən nüfuzlu və güclü iqtisadi dayaqlara malik siyasi fiqurlarından birinə çevrilməsində bu amilin də xüsusi rol oynadığı qeyd edilir.
    Həmçinin, regiondakı mətbuat orqanları və televiziyalar üzərindəki təsiri və maliyyə rıçaqları da imkan verirdi ki, onun barəsində müxtəlif əfsanələr mümkün qədər çox yayılsın. Bütün bu fəaliyyətlər nəticə etibarilə onun bugün-sabah İranın tək sahibinə, idarəçisinə çevrilməsini addım-addım yaxınlaşdırırdı.



    Bu baxımdan hətta bəziləri əslində Süleymaninin ölümünün İranın siyasi rəhbərliyindəki müəyyən qüvvələrin maraqlarına uyğun olduğunu iddia edirlər...
    Bununla yanaşı, bir çox təhlilçilər Yaxın Şərqdə tökülən müsəlman qanında ABŞ və İsraillə yanaşı, Q.Süleymaninin timsalında İranın və onun şəxsən dəstəklədiyi qruplaşmaların da az rol oynamadığını bildirirlər.
    Onların fikrincə, məhz belə aqressiv, döyüşkən və iddialı fiqurlar ABŞ-la İsrailin hərbi gücdən daha çox istifadə etməsinə, dinc, günahsız insanların ölümünə, müsəlman ölkələrinin hədəf halına gətirilməsinə bəhanə yaratmış olublar. Elə Süleymaninin harada, hansı şəraitdə öldürüldüyünə nəzər yetirəndə də bir çox mətləblər üzə çıxır.
    Belə ki, Qərbdə bir çoxları Q.Süleymaninin İranda deyil, qonşu İraqda, özü də ABŞ-ın bu ölkədəki səfirliyinə və digər obyektlərinə baş tutan hücumlar və digər bu kimi olayların yaşandığı qarışıq bir dönəmdə öldürülməsini onun “suç üstündə yaxalanması” kimi qiymətləndirirlər.
    Çünki Süleymaninin məhz indi Bağdadda peyda olması, özü də ABŞ-a qarşı hücumların əsas təşkilatçısı və iştirakçılarından olan İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi ilə bir avtomobil karvanında hərəkət etməsi Süleymaninin sözügedən hücumlara birbaşa rəhbərlik etdiyi təsəvvürü yaradır. Təsadüfi deyil ki, bir çox Qərb mətbu orqanları və siyasi təhlilçiləri artıq dünyasını dəyişmiş Süleymaniyə xitabən “sənin orada nə işin vardı” deyə sual edirlər...
    Məsələ ondadır ki, Q.Süleymani çoxdan ABŞ və İsrailin hərbi güclərinin, xüsusi xidmət orqanlarının hədəfində idi. Onu mətbuatda artıq dəfələrlə “öldürüb-diriltmişdilər”. Ancaq Süleymaninin hələ də sağ olması ABŞ Adminstrasiyasının və Donald Trampın tənqid edildiyi mövzulardan biri idi.
    Bu arada bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, Süleymaninin ölümü İraqın Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandan müavini Əbu Mehdi əl-Mühəndisinin ölümünü qətiyyən ikinci plana keçirməməlidir.



    Çünki bu şəxs də olduqca nüfuzlu fiqur idi və İraq şiələrinin əsas liderlərindən biri sayılırdı. ABŞ-ın səbrlə bu iki nəfərin bir araya gəlməsini gözləyib, hər ikisini bir anda məhv etməsi isə ABŞ və İsrail kəşfiyyatının, hərbi gücünün danılmaz nüfuz və bacarığı ilə yanaşı, rəsmi Vaşinqtonun bölgədəki siyasətinin nə qədər dərin və düşünülmüş olmasından, həmçinin mərhələli şəkildə davam etdirilməsindən xəbər verir.

    İran – son həlqə

    Hələ 2001-ci ilin 11 sentyabr terror aktından qısa müddət sonra Pentaqona yaxın olan bir mənbənin mətbuata sızdırdığı informasiyada deyilirdi ki, bu hadisədən sonra 7 ölkə hədəf olaraq seçilib. Və həmin ölkələr “diz çökdürülərək” parçalnacaq və tam nəzarətə götürüləcək. Bunlar İraq, Suriya, Liviya, Livan, Somali, Sudan və İrandır.
    11 sentyabr terror aktından ötən müddət göstərdi ki, deyilənlər həqiqətdir. İranı çıxmaq şərtilə sadalanan bütün ölkələr param-parçadır. Görünür, bu siyahıda İranın adının ən sonda yazılması təsadüfi deyil. Bu ölkə həmin zəncirdəki son həlqədir.



    Uzun illər iqtisadi sanksiyalarla, hərbi-siyasi təhdidlərlə təzyiq altında saxlanılan İran hakimiyyətinə qarşı əhalinin etirazlarının artması planlaşdırılırdı. Artıq bu plan xeyli dərəcədə reallaşır. İqtisadiyyat demək olar ki, dizi üstədir, idarəçilikdən narazılıq xeyli çoxalıb, böhranlar bir-birini əvəzləyir, etirazlar artır və s. Deməli, hərbi müdaxilə, zərbə üçün də məqam yetişir.
    Bir çox təhlilçilər İraqda baş verən hadisələrin və Süleymaninin ölümünün İrana zərbə endirilməsi üçün münbit şərait yaratdığını bildirməkəı yanaşı, rəsmi Tehranın sərt qarşılıq verəcəyinə və ABŞ-ın regiondakı hərbi obyektlərinə birbaşa zərbə endirəcəyinə şübhə ilə yanaşırlar.
    Çünki ABŞ-la İsrail də məhz elə bunu gözləyir. Artıq ABŞ Adminstrasiyasının təmsilçiləri İranın ABŞ obyektlərinə cavab zərbəsi endirəcəyi təqdirdə İranın neft sənayesini hədəf alacaqlarını, ilk olaraq bu sektoru vuracaqlarını bildiriblər. Bu isə onsuz da ağır günlərini yaşayan İran iqtisadiyyatının tamamilə çökməsinə gətirib çıxaracaq.
    Bütün bunlar İran rəhbərliyini çox çətin və çıxılmaz vəziyyətə salır. Bir tərəfdən toplumdan gələn qisas çağırışlarına cavab vermək, digər tərəfdən isə ölkəni mümkün sarsıdıcı hərbi və iqtisadi hücumdan qorumaq lazımdır.



    Artıq İranda üç günlük matəm elan edilib və Süleymaninin cənazəsində nələr baş verəcəyini təsəvvür etmək o qədər də çətin deyil. Yəni ki, hansısa formada ABŞ-a hərbi qarşılıq verilməyəcəyi təqdirdə İran rejiminin onsuz da çoxdan laxlayan nüfuzu bir az da zəifləyəcək. Cavab veriləcəyi təqdirdə isə bunun hansı nəticələr verə biləcəyini çətin ki proqnozlaşdırmaq mümkün olsun.
    Ona görə də bir çox müşahidəçilərin fikrincə, İran ABŞ-a birbaşa, öz hərbi gücü ilə deyil, Yaxın Şərqdə - Suriyada, Fələstində, Livanda, Yəməndə, yaxud elə İraqın özündə onun nəzarətində olan hərbi qruplaşmalar vasitəsilə cavab verəcək. Çünki bu ölkələrin əksəriyyətində, yaxud onların sərhədlərində ABŞ-a məxsus çoxsaylı hərbi bazalar və digər obyektlər mövcuddur. Ola bilsin ki, məhz həmin qruplaşmaların əlilə bu obyektlərə zərbələr endiriləcək.
    Lakin baş verənlərin miqyasına və dramatikliyinə rəğmən İranın ABŞ-la birbaşa hərbi qarşıdurmaya gedəcəyi az ehtimal olunur. Bu baxımdan Türkiyə mətbuatında hazırda regionda baş verən hadisələri və gözləntiləri qiymətləndirən ekspertlərdən birinin söylədiyi “İran ya susacaq, ya da qiyamət qoparacaq” fikri kifayət qədər real dəyərləndirmə sayıla bilər...

    Trampın əli güclənir, Türkiyənin rolu artır

    İranın verəcəyi cavabdan asılı olmayaraq, bu hadisənin Yaxın Şərqdəki nizamı yenidən dəyişəcəyini və okeanın o tayındakı siyasi proseslərə də ciddi təsir edəcəyini deməyə əsaslar var. İlk növbədə bütün təhlilçilər Süleymaninin məhv edilməsinin seçki öncəsi Trampın əlini olduqca gücləndirdiyini bildirirlər. Artıq çoxları bunu ABŞ prezidentinin danılmaz uğuru və hətta İŞID liderinin öldürülməsindən də qat-qat əhəmiyyətli hadisə hesab edirlər.



    Digər yandan bu hadisə ABŞ-ın İraqda və bütünlükdə Yaxın Şərqdə öz hərbi gücünü artırmaq üçün ciddi bəhanələr verir. Çünki bundan sonra bölgədəki ABŞ obyektləri və vətəndaşları daha çox təhlükə altında qalmış olurlar. Regionda ABŞ-ın qarşısına çıxa biləcək real güc isə demək olar ki, yoxdur. Təbii ki, hərbi büdcəsi Rusiyadan azı 9 dəfə, Çindən isə 4-5 dəfə çox olan ABŞ-ın dünyanın maliyyə niziamına da nəzarət etməsi onun buradakı planlarına mane olmağın böyük çətinklik yaratdığını deməyə əsas verir.
    Dünya basınının xüsusilə diqqət yetirdiyi məqamlardan biri isə Trampın məlum hadisədən bir qədər əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla apardığı telefon danışığıdır. Tərəflər rəsmən Yaxın Şərqdəki durumun müzakirə edildiyini bildiriblər.
    Ümmiyyətlə, son zamanlar Rusiyayla yaxınlaşma jestlərinə rəğmən rəsmi Ankara ilə ABŞ Adminstrasiyası arasında münasibətlərin xeyli isindiyi önə çəkilir. 
    Xüsusilə də Türkiyənin son günlərdə Liviyaya hərbi qüvvə göndərməsi planlarına ABŞ-ın bir növ seyrçi qalması bunu deməyə əsas verir. Onu da qeyd edək ki, Türkiyənin dəstəklədiyi Liviyanın qanuni hökumətinə müxalif olan qiyamçı general Xəlifə Həftar Rusiya və Misirdən dəstək alır. Və ABŞ da təbii ki, Liviyada Rusiya ilə Türkiyənin toqquşmasında maraqlıdır...



    Bütün bu baş verənlərin fonunda regionda Türkiyənin rolu daha da artmış olur. ABŞ bu torpaqlarda Türkiyəsiz heç nə edə bilməyəcəyini anlayır. Bir çox müşahidəçilər Türkiyənin bir xalq olaraq İranla heç bir probleminin olmadığını, regionda kifayət qədər böyük nüfuza malik olduğunu nəzərə alaraq, vəziyyətin idarə olunmasında, stabilliyin əldə edilməsində və s. məsələlərdə Türkiyənin vasitəçiliyini əvəzsiz hesab edirlər. Və bütün bunlar ABŞ-ın Türkiyəyə ehtiyacını qat-qat çoxaldır.
    Ancaq əksər siyasi təhlilçilər bir məsələdə ortaq fikirdədirlər ki, istənilən halda Yaxın Şərq artıq əvvəlki kimi olmayacaq və çox şey dəyişəcək. Hətta çoxları iddia edrirlər ki, bütün bu oyunlar ilkin olaraq, İraqın sünni, şiə və kürd idarəetməsi olmaqla 3 yerə parçalanmasına hesablanıb. ABŞ-ın istəyi məhz budur. İraqdakı ABŞ obyektlərinə və səfirliyinə hücumlar, eləcə də Süleymaninin ölümü də yalnız və yalnız ABŞ-ın planlarına və mənafelərinə uyğun olaraq baş verir. Və sonda qazanan da yenə məhz o olacaq!
    Təbii ki, Azərbaycan da daxil olmaqla, regiondakı heç bir ölkə vəziyyətin gərginləşməsində və böyük hərbi qarşıdurmanın yaranmasında maraqlı deyil. Çünki bu atəş təkcə İranı yandırmayacaq.../AzPolitika.info

    Oxunub: 633
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.