Lukaşekondan təcili əmr: Nüvə bölmələri yoxlanılacaq!
Globall.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus müdafiə naziri, general-leytenant Aleksandr Xrenin deyib. O bildirib ki, “İsgəndər” əməliyyat-taktiki kompleksinin diviziyası və Su-25 təyyarələrindən ibarət eskadrilya qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün hazırlanır. Xrenin əlavə edib ki, təftiş zamanı taktiki nüvə silahı ilə zərbələrin planlaşdırılması, hazırlanması və tətbiqindən tutmuş bütün fəaliyyət spektri yoxlanılacaq.
Belarus Prezidenti Aleksandr Lukaşenkodan qeyri-strateji nüvə silahı daşıyıcılarının qüvvə və vasitələrinin qəfil yoxlaması barədə əmr aldıq.
Oxunub: 273
Xəbəri paylaş
Paylaş: