Bakıda ana və 8 yaşlı övladını avtomobil vurub
Bakının Xətai rayonunda 2 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, Babək prospektində avtomobil yolu keçən 1982-ci il təvəllüdlü Aktyanova Kamilla Ruad qızı və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Z.D.-ni vurub. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: